İsrail Livanın 100 km dərinliyindəki bir binanı bombalayıb - Ölənlər var

img

12-03-2024 [09:50]


İsrail Livanın şərqində - Suriya sərhədinə yaxın Baalbek şəhərinə ikinci dəfə hava hücumu təşkil edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

Agentlik yazıb ki, İsrail döyüş təyyarələri Baalbek şəhərinin cənubunda yerləşən Ənsar qəsəbəsinə havadan zərbələr endirib: "Onlar ərazidəki bir binanı vurublar. Hələlik zərbə nəticəsində ölən və yaralananların sayı ilə bağlı dəqiqləşmələr gedir".

Məlumatda deyilir ki, Ənsar qəsəbəsi İsrail-Livan sərhədindən təxminən 100 kilometr aralıda yerləşir: "İsrail bununla yanaşı, sərhəd bölgəsində yerləşən Nakura qəsəbəsindəki bir evi də bombalayıb. Burada olan 3 nəfər ölüb, 2 yaralı var".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq