"Beşiktaş"ın baş məşqçisi üzr istədi: "Rəqib bizdən daha əzimliydi"

img

12-03-2024 [09:10]


"Beşiktaş"ın baş məşqçisi Fernando Santos "Qaziantep"ə 2:0 hesabı ilə uduzduqları matçdan sonra üzr istəyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  o, matçdan sonra keçirdiyi mətbuat konfransında nəzərdə tutulan planı həyata keçirə bilmədiklərini qeyd edib: "Rəqib bizdən daha yaxşı oynadı, müdafiədə daha yaxşı idi, fürsətlərdən və səhvlərimizdən istifadə etdilər. Bir məşqçi kimi, əsas məsuliyyətim mənimdir. Azarkeşlərdən üzr istəyirəm. Rəqib bizdən daha əzimliydi. Biz də 2-3 fürsət yaratdıq, amma bunlar yetərli olmadı, təkətək mübarizədə çatışmazlıqlaırmız çoxdur...".

Santos bildirib ki, artıq qarşıdakı oyunlara baxmaq gərəkdir: "Artıq qarşıdakı oyunlara baxmalı və hücuma oynamağa alışmalıyıq...".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA