Xaricdə təhsil almış daha 21 nəfərin diplomu tanınmadı - Səbəb

img

07-03-2024 [16:56]


Fevral ayı üzrə xaricdə təhsil almış 265 müraciətçinin diplomunun tanınması üzrə 244-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 21 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Mia.az-a bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, dövlət nümunəli olmayan diplom üzrə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 2, təhsil forması üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 77, Rusiyadan 69, Türkiyədən 68, Gürcüstandan 13, Macarıstandan 9, İtaliyadan 7, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 6, Amerika Birləşmiş Ştatlarından 4, Belçikadan 2, Çindən 2, Belarusdan 1, Fransadan 1, Hindistandan 1, İsveçdən 1, Kiprdən 1, Litvadan 1, Polşadan 1, Slovakiyadan 1 müraciət olub.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 41, maliyyə üzrə 23, beynəlxalq münasibətlər üzrə 18, menecment üzrə 18, hüquqşünaslıq üzrə 15 müraciətçi qeydə alınıb. Sənədlərə ortalama baxılma müddəti 13 iş günü təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq