Fərid Quliyev "Bəyaz gəlin"i təqdim elədi

img

22-06-2014 [23:01]


Dayanmadan yaradıcılığında yeniliklər edən gənc müğənni Fərid Quliyev sözləri Aydın Arslana, musiqisi Məhəmməd Sabiroğluna, oramjemanı isə Fərid Kərimliyə məxsus olan "Bəyaz gəlin" adlı mahnısını ekranlaşdırıb. 

Rejissor Nail Naiboğlunun ekranlaşdırdəğı musiqi çarxına dəbdəbəli təqdimat etməyən ifaçı: "Bu mahnı onuzda sevilir. Sevilən mahnının nə bahalı klipə, nə də dəbdəbəli təqdimata ehtiyacı yoxdu. İn şa Allah yaxın günlərdə bu musiqi çarxı yerli tekekanallarda yayımlanacaq. Yeri gəlmişkən bütün telekanallarımıza da təşəkkür edirəmki, mənim kimi gənc ifaçılara dıstək olurlar". Xalq artisti Razi Şükürovun bacısı oğlu dayısının xeyir-duasını aldığını da bildirdi: "İlk olaraq bu musiqi çarxını dayım Razi Şükürova göstərdim, o razılığını verəndən sonra rahatladım. Mən çox xoşbəxtəmki, nəinki dayım, hətta vir çox sənətkarlarımız mənim ifamı bəyənir və məni dəstəkləyirlər. Buna görə də bütün sənərkarlarımızın qarşısında baş əyirəm, İn şa Allahki, onların bu etimadını artıqlaması ilə doğruldaram. Mətbuat nümayəndələrimiz də sağ olsunlarki, mənimlə hər zaman maraqlanır, yeniliklərimi işıqlandırırlar".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA