Bolqarıstanın baş naziri istefa verib: "Bu, bir siyasi oyun deyil, əvvəldən verilmiş vəddir"

img

06-03-2024 [00:17]


Bolqarıstanın baş naziri Nikoyay Denkov istefa verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, artıq istefa ərizəsini ölkə parlamentinə təqdim edib.

Hökumətdən verilən məlumata görə, baş nazir Nikolay Denkov koalisiya tərəfdaşı Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) partiyası ilə anlaşma gərəyi vəzifədən getdiyini açıqlayıb: "Bu, bir siyasi oyun deyil, əvvəldən verilmiş vəddir.  Yeni hökumət qurulana qədər vəzifəmi davam etdirəcəyəm. Ynei baş nazir olacaq Mariya Qabrielin gələcəkdə müavini olacağımı da gözləyirım..."

Xatırladaq ki, hökumət ortaqları olan partiyalar arasında razılaşmaya əsasən, Denkovun 9 aylıq səlahiyyət müddəti martın 6-da başa çatır.

Denkovun istefası parlament tərəfindən təsdiqlənməlidir.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq