Ukrayna MN: "Rusiyanın "Sergey Kotov" patrul gəmisini vurduq"

img

05-03-2024 [13:11]


Ukrayna ordusu Rusiyanın daha bir gəmisini vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Qara Dəniz Donanmasına məxsus “Sergey Kotov” patrul gəmisi vurulub: "Ötən gecə  Kerç boğazı yaxınlığında Rusiya Qara Dəniz Donanmasının “Sergey Kotov” patrul gəmisinə hücum uğurla başa çatıb. "Magura V5" pilotsuz dəniz vasitəsi ilə həyata keçirilən hücum nəticəsində Rusiya gəmisi ön, sağ və sol tərəflərinin vurularaq yararsız hala salınıb".

Açıqlamada gəmininUkrayna ərazi sularında vurulduğu bildirilib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA