"Sabah” xorvatiyalı baş məşqçi ilə anlaşıb

img

05-03-2024 [10:27]


"Sabah” futbol komandasında yeni baş məşqçi təyinatı olub.

Mia.az xəbər verir ki, klub xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə 1,5 illik müqavilə bağlayıb.

Renduliç karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkəsinin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb.

Xorvatiyalı məşqçi “Zrinski” ilə Bosniya və Herseqovina çempionu və kubokunu qazanıb (2022/2023), bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə çıxarıb (2023/2024).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA