"Qalatasaray"ın prezidentinə İmamoğlunun yanında "ilginc forto"su haqda sual verildi: "Siyasi rənginizi bəlli etdiniz?" - FOTO

img

04-03-2024 [14:31]


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu "Fənərbağça" klubunun ardından "Qalatasarayı" rəhbərliyini də ziyarət edib. 

 Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ziyarət əsnasında Özbək İmamoğluna 34 nömrəli formanı hədiyyə edib.

"Qalatasaray" prezidenti Dursun Özbek Murat Kurumla çəkdirdiyi foto ilə bağlı sualı da cavablandırıb.

O bildirib ki, sualın məqsədi və məzmunu ilə bağlı başqa bir şey söyləmək lazımdır: "Cənab İmamoğlu ilə prezident olduğum müddətdə - 1,5 ildən çoxdur ki, çox yaxşı münasibətlərimiz var. "Qalatasaray"ın layihələri ilə bağlı dəstəyə görə ona təşəkkür etdim. Qaldı o məlum fotoya, bu, qeyri-ixtiyari bir hərəkət idi. Ona görə də deməyə sözüm yoxdur".

Jurnalistlərdən birinin Murat Kurumdan sonra digər namizədlərlə görüşə razılıq vermədiyiniz barədə də xəbərlər var: "Siz onunla görüşdə deyibsiz ki, İstanbul üçün bir şanssınız. Bununla siyasi rənginiz indidən  ortaya qoyubsuz?"

Klub prezidenti bu suala da ümumi cavab verərək, konkretlikdən qaçıb.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq