Fernando Santos türk hakimləri barədə danışdı: "Artıq az gülürəm" - "Cenk Tosuna qarşı hərəkət dəqiq penalti idi"

img

04-03-2024 [00:26]


Türkiyə Super Liqasında "Qalatasaray"a 1:0 hesabı ilə uduzan "Beşiktaş"ın baş məşqçisi Fernando Santos oyunun hakiminə etiraz edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunun ədalətli nəticəsinin heç-heşə olduğunu iddia edən Fernando Santos Cenk Tosuna qarşı hərəkətin dəqiq penalti olduğunu qeyd edib: "Çalışdıq, imkanlarımız oldu, amma qol vura bilmədik. Deyə bilərəm ki, ikinci hissədə daha yaxşı idik. Basqılı oynadıq. Əslində, bu oyun heç-heçəyə layiq idi, uduzmağa layiq matç oynamadıq. Qarşılaşmanın baş hakimi Halil Umut Melərə gəldikdə isə, hakimlər barədə danışan deyiləm. Onlar həmişə hörmət edirəm, amma indi səhvləri çoxalmağa başlayır. Cenkə qarşı hərəkət dəqiq və açıq penalti idi. Omar Kolleyə göğstıərilən qırmızı kart da şübhəlidir. Maraqlıdır ki, VAR Genklə bağlı susdu, ancaq Koley məsələsində qırmızı kart tələb edir. "Beşiktaş"ın haqqını belə yeməyə izin verə bilmərik".

Santos jurnalistlərədn birinin "Fənərbağça"nın keçmiş baş məşqçisi Jorge Jesusun "Bu liqada matçlar meydanda qazanılmır" sözlərini  xatırlatmasına isə belə cavab verib: "Bu barədə ilk dəfə eşidəndə güldüm, amma bu gün daha az gülürəm. Çünki bu səhvlər daha çox artmağa başlayıb".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq