Müxalifət lideri ofisində güllələnərək öldürüldü - Prezidentin qohumu idi...

img

01-03-2024 [00:03]


Afrika ölkəsi Çadda müxalif lider öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Çad hakimiyyəti müxalifət lideri Yaya Dillonun bu gün təhlükəsizlik qüvvələri ilə toqquşmada öldürüldüyünü təsdiqləyib.

Ölkə Prokurorluğunun məlumatına görə, Dillonun rəhbərlik etdiyi Sərhədsiz Sosialist Partiyasının paytaxt Enceminedəki qərargahında keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə silahlı atışma yaşanıb və nəticədə müxalif partiya lideri güllə yarası ilə həyatı ilə vidalaşıb.

Çadın rabitə naziri Abderaman Kullamalah isə bildirib ki, hadisədən bir qədər əvvəl, daha dəqiqi, səhər saatlarında Milli Təhlükəsizlik Şurasının iclasına adıçəklən müxalif liderin silahdaşları hücum edib. Nazir hücumun təfərrüatı barədə bir söz deməsə də, yerli mətbuat bu hücuma cavab olaraq partiya liderinin öldürüldüyünü yazıb.

Xatırladaq ki, ölkənin müvəqqəti prezidenti Məhəmməd İdris Debi İtnonun qohumu olan Yaya Dillo onun və hökumətin sərt tənqidçisi idi.

Keçmiş prezident İdris Debi İtno 2021-ci ildə öldürüldükdən sonra onun 37 yaşlı oğlu Məhəmməd İdris Debi İtno 15 generaldan ibarət Hərbi Keçid Şurasının rəhbəri təyin edilib. Həmin vaxtı İtno seçkilərin 18 aylıq keçid dövründən sonra keçiriləcəyini, hakimiyyətin mülki şəxslərə veriləcəyini, üstəlik, öğzünün də prezidentliyə iddialı olmayacağını vəd etsə də, sonradan fikrindən vaz keçib.

O, 9 oktyabr 2022-ci il tarixində keçirilən Milli Dialoq Forumunda keçid hökumətinin müddəti daha 2 il uzadılıb və 2024-cü ilə prezient seçkisi təyin edilib.

Onu da qeyd edək ki, Çadda prezident seçkilərinin birinci turu mayın 6-da, ikinci turu isə iyunun 22-də keçiriləcək.

 Məhəmməd İdris Debi İtno seçkidə namizəd olacağını bəyan edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq