Montella: "Arda Güləri AVRO-24-ün heyətinə çağırmayacağıq" - "O, çox az oynayır"

img

29-02-2024 [12:36]


Türkiyə milllisinin italyan baş məşqçisi Vinçenzo Montella jurnalistlərin Arda Gülərin milliyə çağırılıb-çağırılmayacağı barədə suallarını cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, AVRO-2024 haqqında danışan Montella Türkiyə və İtaliyanın iki dost ölkə olduğunu qeyd edib. O, əlavə edib ki, AVRO-24-ün qruplarında çıxış etməkdən qürur duyur: "Bu, bizi çox sevindirir. Avropada uğur qazanmaq istəyirik. Arzularımız, iddalarımız var"

Montella hazırda "Real" formasını geyinən, ancaq rəsmi oyunlarda çox az oyunlara daxil edilən türkiyəli ulduz Arda Gülərin yığmaya çağırılmayacağına da işarə vurub: "Bilirsiniz ki, mən Arda Güləri "Real"ın bazasında ziyarət etdim. Bəli, o, hazırda "Real"da çox az oynayır. Ümid edirəm ki, bundan sonra meydanda daha çox olar, daha çox oynayır. Arda istedadlı futbolçudur. Onu yaxından izləyirik. Ancaq bilirsiniz ki, AVRO24-ə 20+3 oyunçu dəvət edəcəyik. Fiziki cəhətdən olanlar fit və daha çox oyun üstünlüyü olanları çağıracağıq".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq