Ronaldo cəzalandırıldı - Azarkeşlərə davranışına görə (FOTO)

img

29-02-2024 [12:27]


Səudiyyə Ərəbistanının "Əl Nassr" komandasında çıxış edən Kriştianu Ronaldoya cəza kəsilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, "Messi" deyə bağıran azarkeşlərə qarşı biədəb hərəkət nümayiş etdirdiyi üçün federasiya tərəfindən bir oyunluq cəza alıb.

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam Komitəsindən bildirilib ki, "Əl Nəsr”in “Əl Şabab”a səfərdə 3-2 hesabı ilə qalib gəldiyi oyundan sonra Ronaldo biədəb hərəkətinə görə bir oyunluq cəza və ümumilikdə 30 min rial cərimələnib.

Məsələ ilə bağlı danışan portuqaliyalı futbolçu deyib: "Bütün klublara hörmət edirəm. Qarşılaşmadan sonra qələbə sevincini yaşayıram. Əslində, meydanda azarkeşlərə doğru elədiyim hərəkət utancverici bir hərəkət deyildi. Avropada bu, adidir, buna öyrəşmişik".

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq