Santos: "Yuxudan duranda "Qalatasaray" haqda düşünməyə başlayacam"

img

29-02-2024 [09:19]


Ziraat Türkiyə Kubokunun 1/4 finalında "TÜMOSAN Konyaspor"u 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn "Beşiktaş"ın baş məşqçisi Fernando Santos oyundan sonra açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, portuqaliyalı məşqçi qalibiyyətin onlar üçün çox vacib olduğunu deyib: "Vacib mübarizə idi. Kubok bu il hamı üçün böyük hədəfdir. Yarımfinala yüksəldiyimiz üçün xoşbəxtik. Məqsədimiz kuboku almaqdır. Oyna gəldikdə, müəyyən hissələrdə çox yaxşı idik, bəzən isə yox. Ancaq haqlı qələbə qazandıq. Bu cür oyunlarda qol buraxmamaq çox vacibdir. Böyük komandalar çox az qol buraxır və çox qol vurar.  Daha çox qol vurmaq üçün çalışırıq. Yavaş-yavaş bu işdə irəliləyirik. "Beşiktaş" kimi komanda daha az qol buraxmalı və daha çox qol vurmalıdır". 

"Qalatasaray"la keçiriləcək derbidən də söz açan təcrübəli məşqçi deyib: "Sabah yuxudan duranda "Qalatasaray" haqda düşünməyə başlayacam. O matça da hər matç kimi hazırlaşacağıq. Hər matçdan 3 xal qazanmaq üçün meydana çıxacağıq. Derbi hamı üçün vacibdir. Bazar günü azarkeşlərdən dəstək gözlıəyirik. Ümid edirəm ki, qalib komanda olacağıq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq