"Beşiktaş" yarımfinala çıxdı - 2 qolla

img

29-02-2024 [00:10]


Ziraat Türkiyə Kubokunun 1/4 final matçında "TÜMOSAN Konyaspor"la qarşılaşan "Beşiktaş" oyundan qalib ayrılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu rəqibi 2:0 hesabı ilə məğlub edib.

Oyuna gəldikdə, Salih Uçan 32-ci dəqiqədə hesabı açıb - 1:0.

Cenk Tosun 58-ci dəqiqədə fərqi 2-yə yüksəldib. Oyun bu hesabla başa çatıb- 2-0.

Beləliklə, “Beşiktaş” yarımfinala yüksəlib.

İstanbul klubu 1/2-də "MKE Ankaragücü" ilə "döyüşəcək".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA