Türkiyə kuboku: "Trabzonspor” yarımfinala yüksəlib

img

28-02-2024 [21:25]


Bu gün Ziraat Türkiyə Kubokunun 1/4 finalında "RAMS Başakşehir"lə "Trabzonspor" üz-üzə gəliblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Papara Park"da keçirilən qarşılaşmada 1:0 hesabı ilə qalib gələn "Trabzonspor" yarımfinala yüksəlib.

Oyundakı yeganə qolu 57-ci dəqiqədə Edin Viska vurub.

Beləliklə, “Trabzonspor” "MKE Ankaragücü"ndən sonra ikinci yarımfinalçı olub.

Qara dəniz komandasının yarımfinaldakı rəqibi" Qalatasaray" - "Fatih Karagümrük" matçının qalibi olacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA