Gəncədə elmi işlər üzrə müdir müavinini maşın vurdu

img

21-06-2014 [12:25]


Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
 
Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Şəhər sakini 26 yaşlı Məmmədbağır Bağırov idarə etdiyi "Mercedes” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Samir Pişnamazzadəni vurub.
 
Ağır xəsarətlər alan S. Pişnamazzadə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan paytaxt Bakıya aparılarkən Hacıqabul rayonu ərazisində dünyasını dəyişib.
 
S. Pişnamazzadə Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə müdir müavini vəzifəsində işləyirdi.
 
Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA