Alimi öldürən sürücü tutuldu - Prokurorluq

img

23-06-2014 [12:54]


Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan xəbərə görə, iyunun 20-də saat 23:30 radələrində Gəncə şəhər sakini Məmmədbağır Bağırov idarə etdiyi "Mercedes Benz” markalı, 20-DF-550 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Samir Pişnamazzadəni vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdi. 

Faktla bağlı Gəncə şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

M.Bağırov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA