Rusiya MN açıqladı: "Avdiyivka istiqamətində Severnoye qəsəbəsini tutduq" 

img

27-02-2024 [18:53]


Rusiya ordusu Donetsk istiqamətində bir neçə gün əvvəl ələ keçirdiyi Avdiyivka bölgəsində daha bir qəsəbəni ələ keçirib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Mərkəzi Ordu Birləşmələrinə aid bölmələri Avdiyivka istiqamətində Severnoye yaşayış məntəqəsindən Ukrayna hərbçilərini geri çəkilməyə məcbur ediblər: "Əməliyyat zamanı ABŞ istehsalı olan "Abrams"ın da aralarında olduğu 2 tank, 69 PUA və bir "Su-25" təyyarəsi vurulub".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq