Xankəndidə uşaq bağçasının zirzəmisindən dron və silahlar tapıldı - FOTOLAR

img

27-02-2024 [11:09]


Xankəndidə uşaq bağçasının zirzəmisindən dron və xeyli silah-sursat tapılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən 1 ədəd dron, 1 ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1 178 patron darağı, 8 508 ədəd mərmi, 24 min 320 ədəd müxtəlif çaplı patron, 30 ədəd kapsul, 3 ədəd optik nişangah, 10 gecəgörmə cihazı, 50 ədəd rabitə qurğusu, 34 süngü-bıçaq, 57 ədəd əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatlar aşkar olunaraq götürülüb.

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq