Klub prezidenti lənət yağdırdı: "Kimin günahı varsa, istefa versin” - "Türk futbolu adına ayıbdır"

img

27-02-2024 [10:46]


"Biteksen Antalyaspor"un prezidenti Sinan Boztepe "Qalatasaray"la ötəngecə oynadıqları matçda penaltiyə kəskin etiraz edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, oyundan sonra jurmalistlərə qaçıqlamasında "bizi bu oyunla qətl etdilər" deyə çox sərt ittihamlar irəli sürüb.

Klub prezidenti qeyd edib ki, komandası meydanda təkcə rəqiblə deyil, həm də hakimlərlə mübarizə aparıb: ""Antalyaspor" 42 min azarkeşlə "Qalatasaray"ı öz meydanında küncə sıxışdırmışdı. Üstəlik, "Qalatasaray"ın 11 oyunçu, Baş hakim və yandaşları daxil biz 16 nəfərə qarşı meydanda əla oyun göstərirdik. Ancaq yenə edəcəklərini etdillər. "Lənət olsun. Parlaq oynayan komandanı belə məğlub etmək olmaz. Bu cür biabırçılıq ola bilməz. Penalti penalti deyil. Qol da ofsayddır. Belə çirkin futbol olmaz. Kimin günahı varsa istefa versin, Federasiya da istefa versin". 

Bütün Türkiyənin gözü qarşısında "qətliam"a məruz qaldıqlarını iddia edən  Boztəpə bildirib ki, belə bir həyasızlıqla üzləşəcəklərini onlara əvvəldən deyiblərmiş: "Bizə bu cür münasibət olacağını dedilər. "Qalatasaray" bizi çox yaxşı qəbul etdi. Onlara təşəkkür edirəm. Allah razı olsun, amma meydandakı oyunla bağlı qərarlar Türkiyə futbolu adına utancdır, ayıbdır. Federasiya da biabır oldu, hakimlər də dünyada biabır oldu. Federasiya istefa versin. Bu işi layiqincə yerinə yetirəcək şəxslər gəlsin. Bu gün qətl etdilər...".

Xatırladaq ki, oyunun 11-ci dəqiqəsində təyin olunan penaltinin penalti olmamasını şərhçilər də təsdiql edirlər.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq