Rotşildlər ailəsinin lideri vəfat edib: "Oğlu baron olacaq" - "İsrail bizim sayəmizdə quruldu"
27-02-2024 [09:46]
Siyasətdən biznesə qədər dünyada bir çox sahədə söz sahibi olan ingilis əsilli Rotşildlər ailəsinin 4 nəsil lideri Jakob Rotşild 87 yaşında vəfat edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə dünya siyasətinə yön verən ailədən açıqlama verilib.
Açıqlamada deyilir: "Atamız Yakob bir çox insanın həyatında mühüm yer tuturdu. O, çox uğurlu bir maliyyəçi, mədəniyyət və incəsənət müdafiəçisi, sadiq bir dövlət qulluqçusu, İsraildə yəhudi mədəniyyətində xeyriyyəçiliyin aktiv tərəfdarı idi. O, həm də yaxşı ekoloq, çox sevilən bir dost, ata və baba idi".
Ailəsi dəfn mərasiminin yəhudi adət-ənənələrinə uyğun olaraq əvvəl ailə daxilində, daha sonra isə geniş anım mərasimi ilə keçiriləcəyini bəyan edib.
Xatırladaq ki, Böyük Britaniyanın xarici işlər naziri Artur Ceyms Balfour 2 noyabr 1917-ci ildə sionist hərəkatının öncüllərindən olan Lord Valter Rotşildə yazdığı məktubda Fələstin torpaqlarında yəhudilər üçün bir dövlət quracağına söz vermişdi. Bundan sonra İsrail dövlətinin qurulması yolu açılıb və Fələstinin tarixini kökündən dəyişməyə başlayıb.
Yakob Rotşildin öüzü isə 2017-ci ildə verdiyi müsahibədə ailəsinin Fələstində sionist dövlətinin qurulmasına şərait yaratdığını təsdiqləyib: "İsrail bizkm sayədə qurulub"
1936-cı ildə İngiltərədə anadan olan Rotşild təhsilini ölkənin qabaqcıl məktəblərindən biri olan Eton Kollecində və Oksford Universitetində başa vuraraq ailə peşəsi olan bankçılıqda iş həyatına başlayıb.
Bir çox maliyyə şirkətlərinin və aktivlərin idarə edilməsi şirkətlərinin yaradıcısı və meneceri olan Rotşild eyni zamanda dünyanın aparıcı incəsənət kolleksiyalarının nümayiş olunduğu Londonda Milli Qalereyanın direktorlar şurasının sədri olub.
1991-1999-cu illər arasında İngiltərə Parlamentinin yuxarı palatası olan Lordlar Palatasının üzvü olan Rotşild öldüyü zaman "4-cü Rotşild baronu" ünvanına sahib idi. Vəfatından sonra isə oğlu Nataniel Filip Rotşild baron titulunu daşıyacaq.
Lamiyə Əhmədli
MİA.AZ
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub