Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO

img

02-04-2026 [20:03]


Prezident Donald Trampın "İranı daş dövrünə qaytarmaq" təhdidindən sonra ABŞ və İsrailin İrana hücumları güclənib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Vaşinqton və Tel-Əvivin birgə hava hücumunda İranın Əlborz əyalətinin Kərəc şəhərindəki və Yaxın Şərqin ən hündür körpüsü kimi tanınan B1 körpüsü vurulub.

Məlumata görə, nəticədə körpünün orta hissəsi tamamilə dağılıb, iki nəfər ölüb, çoxlu yaralılar var.

Hücumla bağlı açıqlama verən Əlborz əyaləti rəhbərinin müavini Qüdrətullah Seyf körpünün dağılan hissəsinin tezliklə təmirinə başlanacağını deyib: “Bütün gücümüzlə bu körpünü yenidən quracağıq. Bu layihə yerli resurslar və ölkənin ən yaxşı mühəndislərinin töhfəsi ilə yenidən həyata keçiriləcək”.

Tahir Şəlvəli 
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA