MƏŞHUR GENERAL VƏZİFƏDƏN ÇIXARILDI - Mətbuat katbi isə...

img

26-02-2024 [11:24]


Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib.

Məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, Ragim Lətifov 18 avqust 2006-cı ildə fövqəladə hallar nazirinin maliyyə məsələləri üzrə müavini təyin edilib.

General-leytenant 23.05.1963-cü ildə Qəbələ şəhərində anadan olub. Azərbaycan Mühəndis-İnşaat İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Əldə etdiyimiz digər məlumata görə, yaxın günlərdə fövqəladə hallar nazirinin daha 4 müavini vəzifələrindən azad ediləcək(Qaynarinfo)

Məsələ ilə bağlı FHN-in mətbuat katibi Gülçün Mehtiyeva ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. Bununla bağlı onun "WhatsApp" ünvanına sorğu da göndərilib.

Xatırladaq ki, ötən həftə general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini təyin edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq