Amerikalı əsgər özünü İsrailin Vaşinqtondakı səfirliyi qarşısında yandırıb

img

26-02-2024 [09:44]


Amerikalı əsgər özünü İsrailin Vaşinqtondakı səfirliyi qarşısında yandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həmin əsgərin hərəkəti dünya mediasının manşetini "bəzəyib".

Məlumata göərə, üzərinəbenzin tökərək özünü yandıran şəxs ABŞ Hərbi Hava Qüvvələrinin əsgəri 25 yaşlı Aaron Buşnell olduğu təsdiqlənib.

Yayılan videodan görünür ki, Buşnell özünü ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi kimi təqdim edir və İsraili Qəzzadakı savaşına diqqəti çəkir: "Mən daha soyqırımda iştirak etməyəcəyəm. Mən indi burada dəhşətli etiraz aksiyası təşkil edəcəyəm, lakin fələstinlilərin işğalçıların qarşısındakı duruşuna baxanda, mənim hərəkətim böyük bir şey deyil. Fələstinə azadlıq”.

Bundan sonra o, üzərinə benzin tökərək od vurub və sona qdər "Fələstinə azadlıq" qışqırıb.

Digər diqqətçəkən fakt isə odur ki, səfirlik polisi bütün bu olanlarq arşısına ona "Sənə necə kömək edə bilərəmmi?" sualı vaerir və beləı cavab alır: “Yerə uzan”. Digər polis isə “Bizə yanğınsöndürən lazımdır” deyir...

Qeyd edək ki, alovlanan hərbçi ağır vəziyyətdə xəstəxanaya aparılıb: "Onun həyat üçün çox böyük təhlükə var..."

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq