Deputat istefa verdi - Açıqlama

img

21-02-2024 [09:04]


Prezident Ərdoğanın lideri olduğu Cumhur İttifaqı ilə yollarını ayıran Fatih Ərbakanın sədrlik elədiyi Yenidən Rifah Partiyasından deputat istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yenidən Rifah Partiyasının İstanbul Millət vəkili Suat Pamukçu partiyadan istefası barədə bəyanat yayıb.

Pamukçu bildirib ki, təsisçisi olduğu partiyanın parlament seçkilərindən sonra qurucu inanc və fəlsəfəsindən uzaqlaşdığını müşahidə edib:

"Bu günə qədər orbitimizə dönəcəyimizi ümidlə gözləyirdim. Ancaq bələdiyyə seçkiləri ilə bağlı namizədlərin müəyyənləşməsi prosesində, bunu əksini gördüm. Bu və ya digər səbəbdən partiyamızdan istefa verdiyimi bildirirəm”.

Xatırladaq ki, Suat Pamukçu 1950-ci ildə Bayburtda anadan olub. O, 14 may 2023-cü ildə keçirilən prezident seçkilərində Cumhur İttifaqının dəstəyi ilə deputat seçilib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq