Ərtoğrul Sağlamın yerinə yeni təyinat olub

img

20-02-2024 [00:16]


Türkiyə 1-ci Liqasında mübarizə aparan "Kocaelispor" istefaya göndərilən baş məşqçi Ərtoğrul Sağlamın yeirnə yeni təyinat olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Kocaelispor" klubu baş məşqçi vəzifəsinə Mustafa Gürsellə anlaşıb.

Klubdan verilən açıqlamaya görə, bu gün yerli vaxtla saat 14.00-da Kocaeli stadionunda mıəşqçi ilə müqavilə imzalanacaq.

Xatırladaq ki, təcrübəli məşqçi Ərtoğrul Sağlamla qarşılıqlı razılaşma əsasında yollarını ayıran Kocaeli təmsilçisi hazırda 43 xalla liqada 3-cü pillədədir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA