İsrail ordusu Livanın cənubunu bombalayıb

img

19-02-2024 [19:59]


İsrail ordusu Livanın Sidon şəhərinin cənubuna hava hücumu həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livandakı Hizbullah Hərəkatına yaxınlığı ilə tanınan "Al Mayadeen TV" məlumat yayəb.

Məlumata görə, İsrail döyüş təyyarələri sahilyanı Sidon şəhərinin cənubunda yerləşən Qaziyyəni hədəf alıb: "İsrail qırıcıları bir sıra hədəflərə aviazərbələr endirib".

Məlumatda ölən və yaralananlar ahqda informasiya verilməsə də, hadisə yerinə təcili yardım maşınları göndərildiyi qeyd edilib.

İsrail ordusu hücumla bağlı hələlik rəsmi açıqlama verməyib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq