Almaniya XİN başçısı: "Qəzzada humanitar atəşkəs çox vacibdir"

img

19-02-2024 [14:56]


"Qəzzada sabvaşa faislə verilməlidir. Orada humanitar atəşkəs çox vacib və qaçılmazdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Barbok Brüsseldə keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirləri Toplantısından əvvəl jurnalistlərə müsahibəsində deyib.

O, iclasda Yaxın Şərqdəki vəziyyətin də müzakirə olunacağını qeyd edib. Bildirib ki, Qəzzada mülki əhalinin daha yaxşı qorunması, onlara ərzaq çatdırılması və əsirlərin azad edilməsi üçün savaşa ara verilməlidir: "Biz bu məsələ ilə bağlı tərəflərə təzyiqləri davam etdirəcəyik".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq