Türkiyə millisi FİFA-nın reytinqində yüksəlib - İlk onluq isə belədir (SİYAHI)

img

15-02-2024 [17:25]


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) fevral ayı ölkələr üzrə dünya reytinqini elan edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2024-cü il Avropa çempionatında (AVRO 2024) iştirak edəcək Türkiyə 1505,28 xalla 2 pillə yüksələrək 35-ci yerdə qərarlaşıb.

AVRO-2024-ün F qrupunda Türkiyənin rəqibləri arasında olan Portuqaliya 7-ci, Çexiya isə 40-cı pillədə qərarlaşıb.

Azərbaycan millisinin mövqeyi isə dəyişməyib.

Siyahının ilk 10-luğunda heç bir dəyişiklik baş verməyib:

1. Argentina 1855.20 -

2. Fransa 1845,44 -

3. İngiltərə 1800.05 -

4. Belçika 1798,46 -

5. Braziliya 1784.09 -

6. Hollandiya 1745,48 -

7. Portuqaliya 1745.06 -

8. İspaniya 1732,64 -

9. İtaliya 1718,82 -

10. Xorvatiya 1717,57 -

Fərid Aslan

Mia.az
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA