"Qalatasaray"ın baş məşqçisi: “Cavab oyununa üstün hesabla getmək istəyirik"

img

14-02-2024 [18:12]


Xəbər verdiyimiz kimi, “Qalatasaray” sabah UEFA Avropa Liqasında “Sparta Praqa” ilə qarşılaşacaq. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bakı vaxtilə saat 21.45-də başlayacaq oyunla bağlı “Qalatasaray”ın Baş məşqçi Okan Buruk futbolçulardan Lukas Torreyra ilə birgə mətbuat konfransı keçirib.

Baş məşqçi deyib: "Sabahkı matç burada hədəflərimizə çatmaq üçün vacib matçdır. Biz öz meydanımızda qələbə qazanaraq yola davam etmək istəyirik. Əlbəttə, Çexiya çempionu ilə oynayacağıq, bunun fərqindəyik. Bu oyuna qədər dincəlmək şansımız oldu. Oyuna 100 faiz azırıq. Qələbə qazanmaq üçün hər şeyi etmək istəyirik. Cavab oyununa üstünlüklə getməyi planlaşdırırıq”.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq