"Beşiktaş" yeni hücumçu aldı

img

09-02-2024 [22:25]


"Beşiktaş" yeni hücumçu alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" Varşavanın "Legiya"sında çıxış edən 22 yaşlı yarımmüdafiəçi Ernest Muci heyətinə qatıb. 

Məlumata görə, İstanbul klubu albaniyalı futbolçu ilə 3,5 illik müqavilə imzalamağı planlayıb.

Xatırladaq k, Muci bu mövsüm 34 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib. 1.80 metrlik futbolçu 7 dəfə Albaniya millisinin formasını da geyinib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA