Emin Əmrullayev, Ülkər Səttarova və ayı 21 mini aşan müqavilə... - ETN-dəki maliyyə əməliyyatları əndazəni aşıb
09-02-2024 [18:07]
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi Guryanov Əfqan Süleyman oğlu ilə icarə müqaviləsi bağlayıb.
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən qeyri-yaşayış sahəsini təxminən 10 ay müddətində (09.02.2024-19.11.2024) icarəyə götürüb və icarə haqqı olaraq əmlakın sahibi olan Guryanov Əfqan Süleyman oğluna 216 min 223 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi 2022-ci ilin iyul ayında yaradılıb. Agentliyin Əsasnaməsi bir il sonra – 2023-cü ilin iyul ayında təsdiqlənib.
Qeyd edək ki, icarə müqaviləsi ilə bağlı diqqət çəkən bir sıra şübhəli məqamlar var.
Bunlardan biri odur ki, Dövlət Agentliyi qeyri-yaşayış sahəsini icarəyə götürmək üçün tender müsabiqəsi keçirməyib. Bir mənbədən satınalma metodu tətbiq edilib.
Halbuki, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
– Satınalma predmetinə təcili tələbat yarandıqda;
– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyri-yaşayış sahəsini icarəyə götürmək üçün yuxarıda göstərilən tələblərdən hansına istinad olunduğu aydın deyil.
Başqa bir məqam isə odur ki, icarə müqaviləsinin bu gün – 9 fevral tarixindən qüvvəyə minəcəyi qeyd olunur. Lakin, Dövlət Agentliyinin sosial şəbəkə hesablarında (https://www.facebook.com/eatdaeduaz/) qurumun ünvanı kimi Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 göstərilir. Eyni zamanda internet axştarış sitemlərində (“google.com/maps”, “earth.google.com” və s.) Aşıq Alı küçəsi 45 ünvanında artıq Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin yerləşdiyi qeyd olunub. Bu isə onu deməyə əsas verir ki, Dövlət Agentliyi icarə müqaviləsi imzalamadan qeyri-yaşayış sahəsindən ünvan kimi istifadə edib.
Onu da qeyd edək ki, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin icarəyə götürdüyü binada daha əvvəl “Günay Bank” ASC-nin baş ofisi yerləşib. “Günay Bank” ASC 2023-cü ilin may ayında ləğv olunub.
Xatırladaq ki, ötən ilin oktyabr ayında elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarovanı tutduğu vəzifəsindən azad edərək Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə gətirib.
1986-cı il təvəllüdlü Ülkər Səttarova 2014–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma departamentinin müdiri, 2018–2020-ci illərdə strateji inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. 2020–2021-ci illərdə elm və təhsil nazirinin müşaviri, 2022–2023-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Ülkər Səttarova Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun həyat yoldaşıdır(Yeniavaz.com)
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub