Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum PUA-ları alıb - İlham Əliyev və oğlu uçuşu izləyiblər (FOTOLAR) - Yenilənib
09-02-2024 [14:10]
Fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
Mia.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış oldu.
Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat verdilər. Bildirildi ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub.
Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəldi. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirdi.
PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkdi.
Daha sonra Prezident İlham Əliyev yeni inşa edilmiş anqar komplekslərinə baxış keçirdi.
Anqarlar müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub.
Müzəffər Ali Baş Komandan burada “Akıncı” hücum PUA-sı və aviabombaları ilə də tanış oldu.
***
Fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
ƏƏSMN-də daha bir dəyişiklik - Nazir departament müdirini yüksək vəzifəyə təyin etdi
Ukrayna heyəti: "Rusiya ilə liderlər səviyyəsində görüş olmalıdır"
“Ermənistanla Azərbaycan sülh şəraitində yaşayacaq" - TƏHLİL
Tural Sadıqlı, Orduxan Teymurxan və keçmiş rektorun haqqında qiyabi həbs qərarı verildi
Bölgələrə yağış yağacaq
İsrail həbsxanalarında qadın məhbuslar ağır şəraitdə saxlanılır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident milli komandanın üzvlərini qəbul edib: "Siz qələbəyə layiqsiniz" - FOTOLAR
Türkiyədə avtobus aşıb: 3 nəfər ölüb, 19 nəfər yaralanıb
Prezident sərəncam imzalayıb - Dəyişiklik
İlham Əliyev Bakıda Forumda: "Azərbaycan regionda yeni mühit formalaşdırıb" - FOTOLAR
Toplum TV işi: jurnalistlər hakim qarşısına çıxarıldı
Prezident İlham Əliyev Məhəmməd Əbunəyyanı qəbul edib - FOTO
İlham Əliyev Alparslan Bayraktarı qəbul edib (YENİLƏNİB)
Mərkəzi Kitabxanada şair Qulu Ağsəslə görüş keçirilib
İlahə Qədimova yenidən katib seçilib
Xaçmazda iki il əvvəl qadını öldürən taksi sürücüsü tutulub
"Sizi heç vaxt unutmayacağam"
Sabah hava necə olacaq? - Proqnoz
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı (FOTOLAR)
Partiya sədrinin köməkçisi özünü güllələdi - Tualetdə
Ramil Usubov Moskvada: "Bu gü sürətlə baş verən proseslər..." - FOTO
İlham Əliyev İtaliya prezidentinə məktub göndərib - MƏTN
"Zeytun" ateklər şəbəkəsi cərimləndi - Baha qiymətə görə
Qubada bir nəfər kanalda boğulub
Polşada müxalif lider prezident seçildi - Ölkəni böhran gözləyir?
Ərdoğan 3 partiyaya veto qoydu - Bayramlaşma olmayacaq
"Bayden 5 il əvvəl öldürülüb, onu sonradan dublyorlar əvəz edib" - Trampdan sensasion iddia və ya qarşı tərəfin müəmmalı susqunluğu
İsrail 3000 TIR-ın bölgəyə girişini bloklayıb
Hindistanda güclü yağış: 30 nəfər ölüb
Lerikdə zəlzələ olub - 3.6 bal gücündə
"Sizinlə fəxr edirik" - Mehriban Əliyeva
Səudiyyə Ərəbistanı rəsmiləri hacı olmaq istəyən 76 min nəfəri ölkədən qovub - Qaydaları pozduqları üçün
Arda Turan türk futbolçunu "Şaxtyor"a aparır
Məşhur qəssabı PSJ-nin qapısından qovdular - FOTO
Rusiyaya bir il altı ay əvvəl planlanan və yük maşınlarından yönləndirilən ağır zərbənin detalları - "Bu əməliyyat tarix kitablarına düşəcək"
Livanda "Hizbullahçı" öldürülüb - PUA zərbəsiylə
Qəzzada daha 37 nəfər öldürülüb