Ərdoğan İlham Əliyevlə təməlini qoyduğu Gənclər Forumuna səsləndi: "Mübarizəmizi davam etdirəcəyik”
09-02-2024 [12:19]
"Biz müharibə cinayətlərinin diqqətdən kənarda qalmaması üçün bütün imkanlarımızla çalışırıq".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Gənclər Forumunun 5-ci Baş Assambleyasına video müraciətində deyib.
Ərdoğan 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevlə təməlini qoyduğu Gənclər Forumunun getdikcə populyarlaşdığını bildirib və əlavə edib: “Bu gün İslam Gənclər Forumu müsəlman gənclər üçün həyata keçirilən bir proqramdır. Asiyadan Afrikaya, Amerikadan Ərəbistan yarımadasına qədər geniş coğrafiyada onların fəaliyyətlərini yaxından izləyirik".
Prezident gəncləri iqtisadi, mədəni və sosial sahələrdə gücləndirmək, özünə inamı artırmaq üçün geniş fəaliyyətlər həyata keçirən Forumdakə rollarına görə təbrik edib.
Türkiyə lideri daha sonra oktyabrın 7-dən bu yana Qəzzada və işğal olunmuş Fələstin torpaqlarında baş verən qırğınlardan söz açıb.
Müsəlman gənclərin birlikdə hərəkət etmələrinin nə qədər həyati əhəmiyyət daşıdığını bir daha gördüklərini qeyd edən Ərdoğan bildirib ki, bütün dünyanın gözü qarşısında İsrail uşaq və qadın olmaqla hər kısi qətlə yetirir: "Minlərlə fələstinli qardaşımız vəhşicəsinə şəhid oldu. İsrailin mülki əhalini birbaşa hədəfə alan bombardmanları nəticəsində 67 mindən çox günahsız fələstinli yaralandı. İbadət yerləri, məktəblər , xəstəxanalar və mülki infrastrukturla əlaqəli hər şey hücumların hədəfi oldu".
Türkiyənin bu hücumlar qarşısında fələstinlilərlə tam həmrəy olduğunu bildirən Ərdoğan, humanitar yardım materiallarının çatdırılmasından tutmuş, xərçəng xəstələrinin Türkiyəyə gətirilməsinə və müalicəsinin təmin edilməsinə qədər bir çox addımlar atdıqlarını bildirib.
İsrailin törətdiyi insanlığa qarşı cinayətlərin və müharibənin beynəlxalq aləmdə diqqətdən kənarda qalmaması üçün sıx səy göstərdiklərini vurğulayan Ərdoğan qeyd edib ki, İslam ölkələrinin İsrail zülmünə qarşı birgə hərəkət etməsi üçün diplomatik təmasları davam etdirirlər: "Qəzzaa daxil Fələstinin 1967-ci ilə qədər sərhədləri daxilində müstəqil, suveren və paytaxtı Qüds olan Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik".
Samir Musayev
MİA.AZ
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...
"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO