Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"

img

16-01-2026 [11:08]


Aparıcı Zaur Kamal müğənni Təranə Qumralın onunla bağlı "Verilişdə məni məcbur edir ki, bu karta pul at. Niyə atım? Öz pulun yoxdur?" açıqlamasına cavab verib.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Axşam.az-a danışan aparıcı 200 manatın hara ödəniləcəyini açıqlayıb:

"Bizdə qayda budur: müğənni efirə gecikirsə cərimələyirik. 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir. Təranə Qumral da gecikdi. Biz də 200 manat cərimə etdik. Əvvəl yox dedi, sonra razılaşdı. Bizə mesaj gəlir ki, nəyə görə ehtiyacım var. Musa Musayev şəxsi özü seçdi. Pul tibb universitetinə hazırlaşan bir şagirdə verilməlidir. Uşağın hazırlığa pulu yoxdur. Kartı atdıq özlərinə, istəyər ödəyər, ya da ödəməz. O vaxtlar biz bir çox tələbənin təhsilhaqqını ödəmək üçün kampaniya edirdik. Təranə xanım onda da ödəniş etmişdi. Yəqin TikTok-da ona çox şey yazıblar, əsəbiləşib. Onun elə əsəbi olduğunu düşünmürəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA