Avropa Liqası: "Qarabağ" - "Braqa" matçının biletləri satışa çıxarılıb

img

09-02-2024 [12:14]


Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

Klubdan Mia.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın biletlərinin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manatdır. Biletləri "iticket.az"ın satış məntəqələrindən, “Qarabağ”ın "Park Bulvar"dakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika stadionu və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA