"Alanyaspor" Akinlosotu ilə müqavilə imzalayıb

img

09-02-2024 [09:05]


Türkiyə superliqasında çıxış edən "Korendon Alanyaspor" heyətini gücləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub 19 yaşlı nigeriyalı futbolçu Daniel Kehinde Akinlosotu ilə anlaşıb.

Klubdan verilən açıqlamaya görə, nigeriyalı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.

Onu da qeyd edək ki, "Alanyaspor" bundan əvvəl cənubi koreyalı hücumçu Ui-Jo Hvanqu mövsümün sonuna qədər icarəyə götürüb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq