Türkiyə milli komandası İtaliya ilə yoldaşlıq oyunu keçirəcək - Bu tarixdə

img

08-02-2024 [17:09]


Türkiyə milli komandası İtaliya ilə yoldaşlıq oyunu keçirəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun 2024-cü il Avropa Çempionatı öncəsi, daha dəqiqi, iyunun 4-də baş tutacaq.

Türkiyə Futbol Federasiyasının məlumatına görə, Bolonyadakı Renato Dall'Ara stadionunun ev sahibliyi edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.

Xatırladaq ki, iki ölkə indiyədək 15 dəfə qarşılaşıb. İtaliya 11 oyunda qalib gəlib, 4 matç isə heç-heçə başa çatıb. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq