"Qalatasaray" daha bir futbolçu transfer etdi

img

01-02-2024 [15:26]


Saşa Boeyi Almaniyanın "Bavariya" klubuna satan "Qalatasaray" ulduz futbolçusunun yerinə yeni futbolçu alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu "Nottingem Forest"də çıxış edən Serj Aurierlə anlaşıb.

Məlumata görə, klub Serj Aurier ilə müqavilə şərtlərində tamamilə razılıq əldə edib: "Hazırda "Nottingem Forest"lə  yekun danışıqlar aparılır"

Xəbərdə deyilir ki, bu mövsüm İngiltərənin "Nottingem Forest" komandasında 13 matçda forma geyinən 31 yaşlı fil dişli futbolçu 2 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA