"Adana Dəmirspor"dan daha bir futbolçu ayrıldı 

img

31-01-2024 [16:44]


Türkiyə Super Liqa komandalarından "Adana Demirspor"da "yarpaq tökümü" davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub komandanın önəmli oyunçularındna olan Benjamin Stambouli ilə də yollarını ayırıb. 

Klub bildirilib ki, Benjamin Stamboulii atasının ölümündən sonra klomandadan getmək istəyib: "O, ailəsi ilə birlikdə olmaq istədiyindən  qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Stambouliyə klubumuzdakı xidmətlərinə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Xatırladaq ki, "Adana Dəmirspor" daha əvvəl Yunes Belhanda, Jonas Svensson, Kevin Rodrigues və Badou N'Diaye kimi komandanın önəmli futbolçuları ilə vidalaşıb.

Fərid Aslan

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA