Ancelino "Qalatasaray"dan "Roma"ya keçib - Açıqlama

img

31-01-2024 [00:07]


"Qalatasaray"dan ayrılan ispaniyalı sol cinah müdafiəçisi Ancelino İtaliya klubu ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "Roma" açıqlama yayıb.

Açıqlamaya görə, müqavilə ilə Almaniyanın "Leyptsiq" komandasına məxsus olan 27 yaşlı ispan müdafiəçi iyunun 30-na kimi "Roma" forması geyinəcək: "Müqaviləyə mövsümün sonunda onun satınalınma maddəsi də əlavə olunub".

Ancelino transferi ilə bağlı bunları deyib: "İnanılmaz tarixə malik böyük klubun bir hissəsi olmaqdan qürur duyuram".

Xatırladaq ki, ötən yayda "Leyptsiq" klubundan icarə əsasında "Qalatasaray"a gələn ispan futbolçu burada 19 rəsmi matçda forma geyinib. O, bir qol belə vurmayıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA