"Qalatasaray" "Qaziantep"ə son dəqiqədə qalib gəldi

img

29-01-2024 [23:23]


Türkiyə Super Liqasında bu gün "Qalatasaray" öz meydanında "Qaziantep FK" ilə qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "RAMS Park"da baş hakim Arda Kardeşlərin idarə etdiyi matçda Qalatasaray 2-1 qalib gəlib.

Oyunda "Qaziantep FK 29-cu dəqiqədə Arda Kızıldağın qolu hesabı açıb. "Qalatasaray"ın qollarını isə 72-ci dəqiqədə Zaha və 89-cu dəqiqədə Barış Alper Yılmaz vurub.

Bununla da “Qalatasaray” 60 xalla lider “Fənərbaxça”n təqibini davam etdirib.

"Qaziantep FK" isə 23 xalla 17-ci pillədə qalıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA