UEFA Azərbaycan – Rumıniya oyununun nəticəsini ləğv edib

img

23-01-2024 [17:36]


UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsini ləğv edib.

Azərbaycan Futzal Federasiyasından Mia.az-a verilən məlumata görə, komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib.

Buna səbəb qeyd olunan oyun zamanı yığmanın UEFA İntizam Qaydasını pozmasıdır.

Komandamızın yer aldığı A qrupunda bu sanksiya millimizdən əvvəl 2 dəfə Rumıniya yığmasına tətbiq olunub. Belə ki, Niderland kollektivinin şikayəti əsasında, analoji səbəbdən UEFA-nın adıçəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.

Qeyd edək ki, Azərbaycan - Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA