UEFA "Qarabağ"a ödəniş edib

img

23-01-2024 [17:20]


UEFA "Qarabağ" klubuna 1 milyon 516 min avro ödəniş edib.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu məbləğ Azərbaycan çempionunun 2023/2024 mövsümünda Avropa Liqasının qrup mərhələsində keçirdiyi son iki oyunda əldə etdiyi nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar verilib.

"Köhlən atlar" qələbəyə görə 630 min avro, bərabərlik üçün 210 min avro alıblar. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnirin pley-off mərhələsinə yüksəldiyindən 550 min avro, performans bonusu olaraq isə 126 min avro gəlir əldə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA