Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20-01-2024 [00:11]
Qoç - niyyətlərinizin yanlış anlaşılmasına səbəb ola biləcək addımlar atmayın. Bəzi planları həyata keçirmək çətindir. Hiyləgərlik etməyin, saxtakarlığa əl atmayın. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Daşınmaz əmlak və ya maliyyə məsələləri ilə məşğul ola bilərsiniz.
Günün ikinci yarısında mövcud problemləri yaxınlarınızla müzakirə edin. Saatlar keçdikcə situasiya gərginləşəcək. Qarşılıqlı anlaşmaya nail olmaq asan deyil. Səbrli olun.
Buğa - ən çətin problemləri çözmək mümkündür. Yaradıcı ideyalarınız az olmasa da, onların əksəriyyəti praktik deyil. Xəyallara aldanmayın, illüziyalara qapılmayın. Reallıq hissini itirməyin.
Günün ikinci yarısında məqsədləri konkretləşdirin, irəliyə hərəkətə can atın. Potensial tərəfdaşlarınıza yeni təklifinizi anladın. Axşam saatlarını ailənizlə birlikdə keçirin.
Əkizlər - günün ilk yarısında emosional baxımdan səbatsız davranmayın. İstək və arzularınızdan asılı olmayaraq rutin işləri başa vurun. Bəzi planlara yenidən baxmaq, peşəkar fəaliyyət prosesinə dəyişikliklər etmək gərəkdir. Çətinliklərin həllində qeyri-standart yanaşma nümayiş etdirin.
Günün ikinci yarısında alış-veriş pis alınmayacaq. Aldığınız əşyaların uzunmüddətli istifadə üçün olmasına fikir verin. Məişət texnikası almaq fikrindən vaz keçin. Axşam saatlarına yaxın səhhətinizə fikir verin. Normal istirahət edin.
Xərçəng - bütün problemləri ən qısa zamanda həll etməyə çalışmayın. Yaşananları ürəyinizə salmayın. Qərarlarınız səbatlı, emosiyasız olmalıdır. Yaşam enerjinizə qənaət edin. İşgüzar tərəfdaşlar və həmkarlarla münasibətlərdə kompromisə meylli olun.
Günün ikinci yarısında dəyərləndirdiyiniz insanı sevindirin. Şəxsi münasibətlərdəki bəzi nüanslar təşviş doğura bilər. Narahat olmayın, problemlər müvəqqətidir. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək.
Şir - gün ərzində aktiv olun. Fərdiliyinizi nümayiş etdirin, bilik və bacarıqlarınızı göstərin. Problemlərin həllində ordinar yolları seçməyin. Bəzi hadisələr mövqelərinizi zəiflədə bilər. Son vaxtlara qədər sidq-ürəkdən inandığınız məqama etibarınız azala bilər.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə rəvan olun. Hadisələrin gedişatından narazılıq varsa, aqressiv və kobud davranmayın. Sevdiyiniz insanla münasibətlərdə ideal səviyyəni arzulayırsınızsa, dəyişikliklərə özünüzdən başlayın. Ötənlərlə bağlı xatirələr qəlbinizdə ilıq hisslər yaradacaq.
Qız - ilk baxışdan çətin, həlli mümkün olmayan təsir bağışlayan problemləri çözmək mümkündür. Aldığınız tapşırıq və ya sifarişdən imtina etməyin. Başqasının maraqlarını öz mənafeyinizdən üstün tutmayın. Cəsarətli olun, məqsədə çatmaq üçün gərəkli vasitələrdən yararlanın.
Günün ikinci yarısında sevdiyiniz insanla təmaslar ruhi müvazinətinizin bərpasına kömək edəcək. Yaxınlarınız üçün xoş işlər görməyə çalışın. İşdə həmkarlar və ya rəhbərliklə bilavasitə danışıqlar mənasız şübhələrdən qurtulmağa yardım edəcək. Axşam saatlarını əzizlərinizə həsr edin.
Tərəzi - günün ilk yarısından etibarən rutin işlər və gündəlik qayğılar xeyli vaxt alacaq. Yeni işə başlamaq və ya orijinal layihəyə start vermək çox çətindir. Ünsiyyəti bir qədər azaldın. Ətrafınızdakı insanlara sizə işlərinizdə mane olmağa imkan verməyin.
Günün ikinci yarısında yaşanacaq hadisələr əsəblərinizi tarıma çəkəcək, əhvalınızı korlayacaq. Situasiyaya sərt reaksiya verməyin. Adi günlərlə müqayisədə impulsiv olmayın. Yaxınlarınızdan biri sizə yardım etməyə çalışaraq yeni problemlər yarada bilər. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Əqrəb - günün ilk yarısında vaxtınızı dürüst qiymətləndirin. Şərtlər elədir ki, bir sıra problemləri düşündüyünüzdən də sürətlə həll etmək olar. Saatlar keçdikcə durum qəlizləşəcək. Qəfil hadisə yarımçıq qoyduğunuz işin başa çatdırılmasını tələb edir.
Günün ikinci yarısında ailə üzvlərinizdən birinin təcrübə və biliklərinizə ehtiyacı var. Yardım edin, məsləhət verin. Ən adi məişət qayğıları axşam saatlarında ailə üzvlərinizlə təmaslarda sərinlik yaratmamalıdır.
Oxatan - günün ilk yarısında aktiv fəaliyyətə başlamaq çətindir. İşlərə başlayanda bir sıra məqamlar fikrinizi yayındıra bilər. Məlumatları əldə etmək istəyirisinizsə, diqqətli olun. İşdə həmkarlarla müzakirələr aparmaq gərəkdir.
Özünüzü ələ alın, emosional olmayın. Səbrli davransanız, çox problemlərin öhdəsindən gələcəksiniz.
Günün ikinci yarısında önəmsiz, rutin təsir bağışlayan işləri yarımçıq qoymayın. Darıxdırıcı təsir bağışlayan əməliyyatı bitirin.
Saatlar keçdikcə şəxsi münasibətlərdə problemlər yaranacaq. Müstəqillik istəyiniz yaxın ətrafınızdakı insanlar tərəfindən anlayışla qarşılanmayacaq. Ötənlərdəki azadlıqla bağlı nisgil öhdəliklərdən yayınmağınız gərəkir. Ailə işlərini təkbaşına həll etmək istəyi dəyər verdiyiniz insanlarla əlaqələri korlaya bilər.
Oğlaq - davranışınızda ideala can atırsınızsa, qüvvə və vaxtınız boşuna xərclənə bilər. Emosional qeyri-stabillik işlərinizə mane olmamalıdır. Sonradan sizi peşman edə biləcək, təəssüf hissi yaradacaq addımlar atmayın.
Sayıq və diqqətli olun.
Günün ikinci yarısında nəzərdə tutulmamış olay və ya situasiyanın qəflətən ağırlaşması stressə səbəb olacaq. Əsəblərinizi qoruyun.
Yaxınlarınızla, sevdiyiniz insanla təmaslarda çətinliklərin formalaşmasına imkan verməyin. Hisslərinizə nəzarət edin. Əsla gözləmədiyiniz halda bəzi təfərrüatlar üzə çıxacaq. Ötənlərdəki hadisələrdən birinin müzakirəsi dartışma yaradacaq.
Dolça - sakitləşin, kənar qıcıqlandırıcıların təsirinə düşməyin. Gerçəkdən də, maraqlı işlə məşğul ola bilərsiniz. Yaşam mövqeyinizdə passivliyə yol verməyin. Bəzi işləri inandığınız insanlara etibar edə bilərsiniz.
Günün ikinci yarısında hadisələrin axarında köklü dəyişiklik istisna deyil.
İntriqanın mərkəzində olacaqsınız. Avantüra və ya macəra aramayın. Axşam saatlarında romantik əhval sizi düşünülməmiş addımlar atmağa vadar etməməlidir.
Balıqlar - günün ilk yarısında hadisələrin aram axarı sürətlə dəyişəcək. Təxəyyülünüzdəki prosesin real olduğunu düşünməyin. Yeni təəssüratlar arayırsınızsa, fəndgirlik edin. Çox ekstravaqant qərarlar verməyin.
Tənzimlənmiş çözüm yoluna üstünlük verin.
Günün ikinci yarısında iradların hamısını qəbul etməyin. Rüşvət tələbini rədd edin, hüquqlarınızın pozulması ilə barışmayın. Dostlar və ya qohumlardan biri məişət problemlərinin həllində yardım istəyə bilər.
Milli.Az
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi
Sabahın hava proqnozu açıqlandı
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"
“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
İsrailin Livana hücumu: ölən və yaralananların sayı artıb
Azərbaycan nefti 4 dollar ucuzlaşdı - Qara qızıl 82 dollara satılır
Nazir: "Almaniya İrana qarşı müharibəyə qoşulmayacaq"
Ağdam şəhərinə növbəti köç olub
Sabirabadda qadın 14 kq narkotiklə saxlanıldı
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq