Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19-01-2024 [00:02]
Qoç - bilik və məlumatlarınızı artırın. Sizi qarşıda gözləyən problemləri həll etmək üçün hazırlıqlı olmalısınız. Çoxdan bəri cavab axtardığınız sualların bundan sonra da narahat etməsinə imkan verməyin. Uzunmüddətli öhdəliklər və genişmiqyaslı anlaşmalarla bağlı olmayan proseslər yaxşı alınacaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə öz maraqlarınızı sürəkli olaraq başqalarının mənafelərindən üstün tutmayın. Bütün iradlar və tənqidlərə nəzarət etmək mümkün deyil. Sevdiyiniz insanın belə, dediklərinizə şübhə ilə yanaşmasına təəccüblənməyin. Axşam saatlarında kəskin başağrısı ola bilər.
Buğa - çalışdığınız və ya oxuduğunuz kollektiv üçün xas problemlər sizi də narahat edəcək. Yaşanan olaylardan kənar qalmağa çalşısanız da, bu mümkün deyil. Gərgin, emosional situasiyaya rəğmən təmkinli davranın.
Günün ikinci yarısında hadisələrə süni təkan verməyə lüzum yoxdur. İşlər rəvan şəkildə davam edəcək.
Yaxınlarınızla münasibətlərinizdə diqqətli, məsuliyyətli olun. Şəxsi təmaslarda önəmli qərar qəbul etmək olar. Vədlərinizə əməl edin. Yorulsanız da, sözlərinizin sahibi olun.
Əkizlər - peşəkar fəaliyyət müstəvisindəki qeyri-müəyyənlik nigaranlıq yaradacaq. Günün ilk yarısı önəmli qərarların qəbulu, anlaşmalar üçün əlverişli deyil. Daşınmaz əmlakla bağlı müzakirələri və əməliyyatları ertələyin.
Günün ikinci yarısında verdiyiniz borcun qaytarılması və ya ödəniş istisna deyil. Eşitdiyiniz iradlarla tənqidləri yaxın ətrafınızdakı insanların azadlığınıza müdaxiləsi, işlərinizə qarışmaları kimi qəbul etməyin. Aqressiv reaksiya nümayiş etdirməyin. Olub-keçənlərin yeganə suçlusu sizsiniz.
Xərçəng - həssas və bir qədər də dalğın olmağınıza rəğmən gün sakit olacaq. Peşəkar fəaliyyət sahənizdə qəfil irəliləyişlər gözləməyin. Bununla belə, geriləmələr də olmayacaq. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə kor-koranə əməl etməyin.
Günün ikinci yarısında kobud səhvə yol verməmək üçün həssas davranın. Yanlışlığın fəsadları acı ola bilər. Şəxsi münasibətlərdə mövqelərinizi möhkəmləndirmək, nüfuzunuzu artırmaq şansları var. Valideynlərinizə, yaşlı qohumlarınıza qayğı bəsləyin. Sevdiyiniz insan özünü tənha hiss edir.
Şir - uzunmüddətli layihələr və önəmli danışıqlar üçün sərfəli gün deyil. Adi, rutin işlər daha məhsuldar olacaq. Daşınmaz əmlak, vərəsəlik, hüquqi məqamlar və vergilərlə bağlı məsələlərdə sayıqlığı əldən verməyin.
Günün ikinci yarısında ifrat qürurlu və təşəxxüslü davranış ailə üzvləri ilə problemlər yarada bilər. Sizə ən adi, normal təsir bağışlayan yaxınlarınızın qəlbinə dəyə bilər. Enerjinizi axşam saatlarında məişət problemlərinin həllinə yönəldin.
Qız - günün ilk yarısından etibarən hərəkətləriniz, əməlləriniz və qərarlarınız düşünülmüş olmalıdır. Ən kiçik, önəmsiz məsələlərə görə yaxın ətrafınızdakı insanlarla sərt mübahisə etməyin. Qıcıqlı, aqressiv olmayın.
Bir müddət kölgədə qalaraq məsləhətlərə qulaq assanız, məqsədə doğru daha sürətlə irəliləyə bilərsiniz.
Günün ikinci yarısında ailə üzvləri ilə dartışmalarda sözlərinizin mütləq həqiqət olduğunu göstərməyə çalışmayın. Həlim, qayğıkeş olsanız, bir çox problemlərin yaranmasını əngəlləyəcəksiniz.
Tərəzi - çətin işlər, mürəkkəb xasiyyətli insanlarla qarşılaşanda soyuqqanlı olun. Az sonra atacağınız addımları planlaşdırın. Ölçüb-biçəndən sonra qərar verin. Məntiqlə davransanız, əlavə gəlir əldə edə bilərsiniz. Təcrübəni zənginləşdirmək, yeni məlumatlar əldə etmək üçün pis zaman deyil.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla müzakirədə yeni situasiyanı nəzərdən keçirin. Qarşı tərəf emosional danışarsa, səbrli, hövsələli olun. Axşam saatlarında səhhətinizin qayğısına qalın.
Əqrəb - günün ilk yarısında işlərə aktiv başlayın. İradəli olun, yad təsirə uymayın. Yaxın ətrafınızdakı insanlara təzyiqlər göstərərək mövqeyinizin dürüstlüyünə onları inandırmağa çalışmayın. Dəyərləndirdiyiniz insanlardan sözsüz itaət tələb etməyin.
Günün ikinci yarısında enerjinizi mənasız işlərə sərf etməyin. Gərəksiz söhbətlər və dedi-qodulara qatılmayın.
Məişət durumunuzun yaxşılaşdırılması üçün zəruri əşya və ya avadanlıq ala bilərsiniz. Yaxınlarınızla münasibətlərdə diqqətli olun. Tənqidlərə sərt reaksiya verməyin.
Oxatan - mühüm qərarlar qəbul etməzdən əvvəl vəziyyəti götür-qoy edin. Emosional, aqressiv olmayın. Hisslərə qapılsanız, çox kobud, fəsadları acı səhvlərə yol verə bilərsiniz. Məramlarınızı yaxın ətrafınızdakı insanlara anladın.
Günün ikinci yarısında ailə üzvlərinin maraqlarını nəzərə alın. Problemlərinizi təkbaşına həll etməyə çalışın. Səhhətinizə fikir verin. Rasionunuzda ciddi dəyişikliklər etməyin. Axşam saatlarında normal istirahət edin. Gəzintiyə çıxa bilərsiniz.
Oğlaq - ədalətsizlik və haqsızlıqla qarşılaşmağa hazır olun. Adi günlərdən fərqli olaraq hissiyyatlı davranış incikliklər yarana bilər. Tənbəllik etməyin, hər şeyi atıb getmək hisslərindən uzaq olun. Praqmat olun. Emosiyalara əsir düşməyin.
Günün ikinci yarısında yaxınlarınızla birlikdə çalışmaqda xeyir var. İnsanların gur olduğu tədbirə qatılmayın. Müstəqil fəaliyyət daha məhsuldar olacaq. Yaşlı qohumlarınıza diqqət ayırın. Axşam saatlarında həssaslığı unutmayın.
Dolça - günün ilk yarısında bir-birinə zidd olan öhdəliklər götürməyin. Vədlərinizi unutmayın, laqeydlik etməyin. Qərarlar qəbul etməzdən və vədlər verməzdən əvvəl işləri görməyin yollarını düşünün. Maliyyə durumu stabil deyil. Hansısa məsələlərdə uğur qazanmaq, hansısa sahələrdə isə geriləmək ehtimalı var.
Günün ikinci yarısında avantüralara qatılmayın. Pullarınızı itirə bilərsiniz.
Axşam saatlarına yaxın yaxınlarınızdan yardım və dəstək ala bilərsiniz. İstəklərinizlə arzularınız diqqətsiz qalmayacaq. Sevdiyiniz insanla qarşılıqlı anlaşmaya can atın.
Balıqlar - bu gün qeyri-standart düşünməyə çalışın. Problemlərin həllində bacarıq, istedad və yaradıcılıq potensialınızı nümayiş etdirin. Ətrafınızdakı insanlara ideya və fikirlərinizdən danışın. Yeni tərəfdaşlar, müttəfiqlər cəlb etməyə can atın.
Günün ikinci yarısında nailiyyətlər, irəliləyişlər uzunmüddətli olmayacaq. Sevdiyiniz insana hisslərinizi etiraf edin. Axşam saatlarında romantik hisslərə qapıla bilərsiniz. Subaysınızsa, tale sizi sevindirəcək.
Milli.Az
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi
Sabahın hava proqnozu açıqlandı
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"
“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
İsrailin Livana hücumu: ölən və yaralananların sayı artıb
Azərbaycan nefti 4 dollar ucuzlaşdı - Qara qızıl 82 dollara satılır
Nazir: "Almaniya İrana qarşı müharibəyə qoşulmayacaq"
Ağdam şəhərinə növbəti köç olub
Sabirabadda qadın 14 kq narkotiklə saxlanıldı
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq