Arvadının başını gözəllik salonunda kəsmiş ər tutuldu

img

16-06-2014 [21:16]


Gədəbəydə keçmiş həyat yoldaşının başını gözəllik salonunda kəsdikdən sonra qaçmış Qasımov Elçin Fəxrəddin oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. "Qafqazinfo”nun xəbərinə görə, o, Daşkəsən rayonunun ərazisində saxlanılıb. Belə ki, E.Qasımov Daşkəsəndəki kilsədə gizlənirmiş. Məlumatda bildirilib ki, E.Qasımov hadisədən sonra dükandan spirtli içki alıb və içə-içə Daşkəsənə gedib Xatırladaq ki, Gədəbəy rayonunun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib. Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir övladlarının olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA