MTN əməliyyat keçirdi, 20 vəhhabi tutuldu

img

20-06-2014 [15:33]


Bu dəqiqələrdə Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Bakının Səbail rayonu Badamdar qəsəbəsində əməliyyat keçirir.

AzNews.az-a daxil olan məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saat 14.00 radələrində Səbail rayonu Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi ərazisində evlərin birində əməliyyat-axtarış tədbirlərinə başlayıblar. İlkin xəbərə əsasən əməliyyat zamanı radikal vəhhabi təriqətinə mənsub 20-yə yaxın şəxs saxlanılıb. Hazırda şübhəli vəhhabilərin toplaşdığı tikilidə axtarış tədbirləri davam etdirilir. Vəhhabilərin toplaşdığı məkandan çoxlu sayda qadağan olunmuş əşya və nəşrlərin götürüldüyü də xəbərlər sırasındadır. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə alınıb.

Xatırladaq ki, bu gün Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İçərişəhərdə yerləşən "Ləzgi məscidi” kimi tanınan məsciddə əməliyyat keçirdiyinə dair də xəbərlər yayılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA