Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb

img

18-01-2024 [12:45]


Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Mia.az DSX-yə istinadla xəbər verir ki, yanvar ayının 15-də saat 21:56-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Neftçala rayon sakini 1967-ci il təvəllüdlü Mustafayev Eldəniz Aboş oğlu saxlanılıb.

Fakt üzrə üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq