Akademik Rasim Əliquliyev: “Ölkəmizdə yaşıl siyasətin formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülür”
17-01-2024 [14:54]
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına dair mövqeyini bildirib, bu il çərçivəsində AMEA qarşısında qoyulmuş vəzifələrdən, icra olunacaq tədbirlərdən danışıb.
Mia.az xəbər verir ki, akademik Rasim Əliquliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını ölkəmiz üçün əlamətdar hadisə kimi qiymətləndirərək Prezident İlham Əliyevin öz çıxışlarında hər zaman bu məsələlərə böyük diqqət ayırdığını, Azərbaycanın 2030-cü ilə qədər müəyyən edilmiş milli sosial-iqtisadi inkişafa dair prioritetləri sırasında yaşıl cəmiyyətin formalaşdırılması, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi məsələlərin yer aldığını və bununla bağlı müvafiq qurumlar qarşısında mühüm vəzifələrin qoyulduğunu vurğulayıb.
AMEA-nın vitse-prezidenti hazırda bütün dünyada enerji təhlükəsizliyi məsələlərinə böyük önəm verildiyini qeyd edərək ölkəmizdə də, xüsusən, 2-ci Qarabağ müharibəsindən sonra bu istiqamətdə işlərin sürətləndirildiyini diqqətə çatdırıb. Alimin sözlərinə görə, IV sənaye inqilabının gətirdiyi yeniliklər kontekstində süni intellekt texnologiyalarının ölkəmizdə geniş tətbiq olunması ilə iqtisadiyyatın şaxələnməsi, ənənəvi iqtisadi sferalardan fərqli olaraq, yeni iqtisadi sahələrin meydana gəlməsi, enerji istehsalı, enerji təhlükəsizliyinin yenidən qurulması istiqamətdə mühüm addımlar atılır.
Akademik Rasim Əliquliyev əlavə edib ki, artıq ölkəmizin bir çox yerlərində neftə, qaza əsaslanan enerji istehsalına deyil, alternativ enerji mənbələrindən istifadəyə, günəş, külək və su elektrik stansiyalarının sayının artırılmasına üstünlük verilir.
“Alternativ enerji mənbələrindən istifadə ölkəmizdə yaşıl siyasətin formalaşması istiqamətində atılan mühüm addımlardan biridir”, - deyə akademik Rasim Əliquliyev vurğulayıb.
O, bildirib ki, iqlim dəyişiklikləri üzrə dünyanın mötəbər tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) ötən il dekabr ayının 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş, bu tədbirdə 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi yekdilliklə qərara alınmışdır. AMEA-nın vitse-prezident bu qərarın dünya ölkələrinin Azərbaycan dövlətinə və xalqına, dövlət başçısının siyasətinə olan etimadının göstəricisi olduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
Bu kimi mötəbər konfransın ölkəmizdə keçirilməsinin, həmçinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyduğunu söyləyən akademik Rasim Əliquliyev aidiyyəti dövlət qurumlarında, o cümlədən AMEA-da bununla bağlı Tədbirlər Planının hazırlanması istiqamətində işlərin görüldüyünü, Azərbaycan alimlərinin bu prosesdə yaxından iştirak edəcəklərini diqqətə çatdırıb.
Akademik Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin, həmçinin digər qurumların elm və ali təhsil müəssisələrində uzun müddətdir ki, yaşıl cəmiyyətin qurulması, alternativ en erji mənbələrinin müəyyənləşdirilməsi, istehsal edilməsi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun, bütövlükdə, bütün ölkə ərazisində radiasiya təhlükəsizliyinin təmin olunması istiqamətində tədqiqatların aparıldığını qeyd edərək yaşıl siyasətə aid olan ayrı-ayrı təhlükələrlə mübarizə aparılmasının hər zaman Azərbaycan alimlərinin prioritetləri sırasında olduğunu vurğulayıb.
AMEA-nın vitse-prezidenti müvafiq dövlət qurumları ilə yanaşı, cəmiyyətimizin müxtəlif sektorlarının da ölkəmizdə yaşıl siyasətə dəstək verən rəqəmsal texnologiyalardan istifadə olunması işlərində yaxından iştirak etdiklərini deyib.
Qeyd edib ki, ekosistemin tarazlığının təmin olunması və mövcud təhlükələrlə mübarizə aparılması, ənənəvi iqtisadiyyatin yaşıl iqtisadiyyata transformasiya olunması üçün cəmiyyətimizdə yaşıl mədəniyyətin formalaşdırılması, xüsusən, gənclərə bu təfəkkürün aşılanması istiqamətində ardıcıl, sistemli tədbirlərin görülməsi zəruridir.
Samir Musayev
MİA.AZ
“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub